Onlayn ictimai-siyasi qəzet
İspaniyanın Baş naziri Pedro Sançes "X" sosial şəbəkəsindəki hesabında Avropa İttifaqı (Aİ) ölkələrinə olan qanunsuz miqrasiya axınını müqayisə edən statistik məlumatlar paylaşıb.
Musavat.com xəbər verir ki, Sançes bəyanatında bu sözləri qeyd edib: "Həmrəylik və mərhəmət könüllüdür. Lakin Avropa müqavilələrinə və statistik göstəricilərə əməl etmək məcburidir".
"Frontex"in 2021-2026-cı illər üzrə qanunsuz daxilolmalarla bağlı göstəriciləri:
İtaliya vasitəsilə: 478 600
Qərbi Balkanlar vasitəsilə: 340 600
Yunanıstan vasitəsilə: 259 800
İspaniya vasitəsilə: 234 760
Şərq sərhədi vasitəsilə: 48 000
"İndi bölünmək zamanı deyil. İndi güclü və vahid Avropa İttifaqı qurmağa davam etmək vaxtıdır", — deyə İspaniyanın Hökumət Sədri vurğulayıb.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ