Onlayn ictimai-siyasi qəzet
İran nefti və neft məhsullarının satışına qarşı ABŞ sanksiyalarının dayandırılmasından sonra İran enerji resurslarını ABŞ ilə münaqişədən əvvəlkindən 20 faiz daha yüksək qiymətə ixrac etməyə başlayıb.
Musavat.com xəbər verir ki, bunu İran dövlət televiziyasına müsahibəsində İran Məclisinin (Parlamentinin) sədri Məhəmməd Bağır Qalibaf deyib: "Bəziləri sanksiyaların qaldırılmasının xəyal olduğunu deyirdilər. Lakin sanksiyalar qaldırıldı və indi İran nefti 20 faiz əlavə qiymətə satılır və əldə edilən gəlir hesablara köçürülür".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) iyunun 22-də ABŞ-ın İran nefti və neft məhsullarının istehsalı, təchizatı və satışı üçün ümumi lisenziya verdiyini təsdiqləyən sənəd dərc edib. Sənəd avqustun sonunadək qüvvədədir.
Qalibaf həmçinin qeyd edib ki, İran hakimiyyəti ABŞ-ın dəniz blokadasının tamamilə qaldırılmasından bəri xaricə 40 milyon bareldən çox neft ixrac edə bilib: "Dəniz blokadası qaldırıldıqdan sonra düşmən geri çəkildi və İslam Respublikasının ticarət gəmiləri və neft tankerləri üçün Oman körfəzi və Hörmüz boğazından keçid açıldı. Blokada qaldırıldıqdan bəri 40 milyon bareldən çox neft ixrac edilib".
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ