İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Azərbaycan dilini belə öyrənir: “Bazarda pomidor, soğan, kartof və xiyar var” - VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənməyə başlayıb.

Musavat.com xəbər verir ki, diplomat Azərbaycan dili müəllimi ilə onlayn şəkildə dərs keçir və Azərbaycan dilində müxtəlif söz və ifadələri səsləndirir.

Yayımlanan görüntülərdə səfir Azərbaycan dilində danışmağa çalışır. O, dərs zamanı “Biz bazardayıq. Bazarda pomidor, istiot, soğan, kartof və xiyar var” cümləsini də Azərbaycan dilində səsləndirir.

Müəllim isə onun tələffüzünü və danışığını qiymətləndirərək çox yaxşı danışdığını, səhvlərinin az olduğunu bildirir.

Maraqlıdır ki, səfir Azərbaycan dilini öyrəndiyini göstərən bu paylaşımı məhz 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə edib.

Beləliklə, diplomat əlamətdar gündə Azərbaycan dilinə marağını və onu öyrənmək istəyini nümayiş etdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR