Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan Yaşıl Teatrda iki gün davam edən konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb.
Musavat.com xəbər verir ki, gecə boyu sənətçinin repertuarında yer alan sevilən mahnılarla yanaşı, yeni ifaları da səsləndirilib.
Röyanın səhnəyə çıxması ilə konsert məkanında coşğu daha da artıb. Tamaşaçılar sənətçinin mahnılarını onunla birgə ifa edib, gecə boyunca rəqslər və alqışlarla Röyaya dəstək veriblər.

Röya Ayxanın səhnə görünüşləri də gecənin diqqətçəkən məqamlarından olub. Sənətçi konsert boyunca bir-birindən fərqli obrazlarda səhnəyə çıxaraq həm musiqisi, həm də geyimləri ilə tamaşaçıların diqqətini çəkib. Hər yeni obraz səhnə quruluşu və işıq effektləri ilə tamamlanıb.
İfaçı repertuarında həm enerjili mahnılara, həm də duyğusal ifalara yer verib. Gecənin bəzi anlarında isə tamaşaçılar telefonlarının işıqlarını yandıraraq Röyanı müşayiət ediblər.
İki günlük konsert proqramı ərzində Xalq artistinin səhnə performansı, canlı ifaları və tamaşaçı ilə ünsiyyəti gecənin əsas diqqət mərkəzində olub.
Könül
Fotolar və video müəllifindir
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ