Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları şou-biznes nümayəndələrinə qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirib.
Musavat.com xəbər verir ki, Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 9 məşhur sima barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılanlar arasında Türkiyənin tanınmış aktyoru İbrahim Çelikkol, müğənnilər Mustafa Ceceli, Bengü, Simge Sağın, Melek Mosso, eləcə də Deha Bilimler, Ersay Üner, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan yer alır.
Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən şəxslərə qarşı narkotik vasitələrin əldə edilməsi, saxlanması, istifadəsi və yayılması maddələri ilə rəsmi ittiham irəli sürülüb. Hazırda faktla bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun məşhur simalarla bağlı başlatdığı bu genişmiqyaslı araşdırma 8 oktyabr 2025-ci ildən bəri davam edir. Bu müddət ərzində çox sayda musiqiçi, menecer və iş adamı ifadə verib, onlardan qan və saç nümunələri götürülərək ekspertizalar aparılıb.
![]()
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ