Onlayn ictimai-siyasi qəzet
Ukraynalı jurnalist Dmitri Qordonun Şuşadan maraqlı görüntüsü yayılıb.
Videonu jurnalist Mübariz Aslanov sosial şəbəkə hesabında paylaşıb. Görüntülərdə Qordonun Şuşada, Cıdır düzündə “Qarabağ nəğməsi”ni oxuyan qızla həmsöhbət olduğu əks olunub.
Ukraynalı jurnalist qızdan belə bir məkanda üçrəngli Azərbaycan bayrağına bürünməyin necə bir hiss olduğunu soruşub. Həmsöhbəti isə Qordona “Mən azərbaycanlı olmağımla fəxr edirəm”, - deyə cavab verib.
Jurnalist azyaşlıdan ifa etməyini xahiş edib. Mahnı bitdikdən sonra isə onu qucaqlayaraq təşəkkür edib.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunun iştirakçıları arasında yer alan D.Qordonun Azərbaycan Prezidentinə ünvanladığı sual və İlham Əliyevin ona cavabı təkcə ölkə daxilində deyil, dünya mediasında da gündəm yaratmışdı./Qafqazinfo.az/
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ