Onlayn ictimai-siyasi qəzet
Tehrandakı Xomeyni beynəlxalq hava limanı 25 apreldə fəaliyyətini bərpa edib.
Musavat.com xəbər verir ki, bu barədə İran mediasında müvafiq bəyanat yayılıb.
Bəyanatda deyilir: "Bu gün, 25 aprel şənbə günü, günəşin doğması ilə Tehran səması beynəlxalq uçuşların bərpasının şahidi oldu".
İlk sərnişin qrupu Mədinə (Səudiyyə Ərəbistanı), Maskat (Oman) və İstanbula (Türkiyə) yola düşüb.
Daha əvvəl Tehran aeroportunun direktoru Ramin Kaşif Azar digər beynəlxalq marşrutlara icazənin tədricən veriləcəyini bildirmişdi.
Hava limanı fəaliyyətini iki ay öncə başlanan müharibəyə görə dayandırmışdı.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ