Onlayn ictimai-siyasi qəzet
İranın məhkəmə-ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejei ölkədə məcburi hicab qaydalarına qarşı çıxanlara yönəlik təzyiqlərin daha da gücləndiriləcəyini açıqlayıb.
Musavat.com-un məlumatına görə, Ejei bildirib ki, ölkə prokurorlara xüsusi göstəriş verilib: “Sosial anomaliya” kimi təqdim edilən fəaliyyətlərdə “mütəşəkkil və xarici əlaqəli” tendensiyalar dərhal müəyyən edilməli və məhkəmə sisteminə təqdim olunmalıdır.
O, hicab qaydalarının pozulmasını “düşmənlərin təxribatı” adlandıraraq kiber məkanın da bu prosesdə əsas rol oynadığını deyib. Ejei həm rəsmiləri, həm də ictimaiyyət nümayəndələrini xəbərdar edərək bildirib:
“Düşmənin çəmənliyində oynamaq olmaz. Sosial məsələlərin şişirdilməsi təhlükəli nəticələrə gətirib çıxara bilər".
Analitiklər hesab edir ki, bu bəyanat İranda məcburi hicaba qarşı etirazların yenidən güclənməsi fonunda hökumətin daha sərt xəttə keçdiyini göstərir. Eyni zamanda yenidən aksiyaların baş verməsi də istisna deyil.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ