İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzasında həlak olan türk hərbçilərinin nəşi Türkiyəyə gətirildi

Gürcüstan–Azərbaycan sərhədində qəzaya düşən C-130-un şəhidləri Ankaraya gətirildi

Musavat.com xəbər verir ki, Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan “C-130” tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan türk hərbçilərinin nəşləri bu gün Ankaraya gətirilib.

Rəsmi məlumatlara görə, şəhidlərlə dolu xüsusi hərbi təyyarə paytaxta enib və qarşılanma mərasimində dövlət rəhbərliyi, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və şəhid ailələri iştirak edib.

Bildirilib ki, qəzanın səbəblərinin tam şəkildə müəyyənləşdirilməsi üçün Türkiyə, Azərbaycan və Gürcüstan mütəxəssislərindən ibarət birgə istintaq qrupu intensiv şəkildə işləyir.

***

Təyyarə qəzasında həlak olan türk hərbçilərinin nəşi Tiflisdən Türkiyəyə gətirildi

Musavat.com xəbər verir ki, Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan “C-130” tipli Türkiyə hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçinin nəşini daşıyan xüsusi reys Türkiyəyə çatıb.

Məlumata görə, Tiflisdən havaya qalxan təyyarə Ankara hava limanına enib. Nəşlər rəsmi qarşılanma mərasimindən sonra xüsusi qaydada hərbi sahəyə aparılıb.

Şəhid hərbçilərin nəşləri keçiriləcək vida mərasimindən sonra ailələrinə təhvil veriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR