Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışıb və onunla əməkdaşlığını yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, Tramp çıxışı zamanı Ərdoğanın çətin vəziyyətlərdə hər zaman onun yanında olduğunu bildirib:
“O, mənə kömək lazım olanda həmişə yanımdadır. Sərt insandır — nə qədər sərt olmaq mümkündürsə, bir o qədər — amma biz onu sevirik”.
Tramp əlavə edib ki, Türkiyə tərəfi çətinliklərlə üzləşəndə onunla əlaqə saxlayır və o, adətən bu problemləri həll edə bilir: “Onlarda problem yarananda mənə zəng edirlər ki, həll edim və adətən bunun öhdəsindən gəlirəm”.
ABŞ lideri iki ölkə arasındakı münasibətlərin ilk gündən yaxşı olduğunu vurğulayıb və Türkiyə prezidentinə şəxsi müraciət ünvanlayıb: “Bizim münasibətlərimiz lap əvvəldən yaxşı olub. Çox sağ olun və gözəl həyat yoldaşınıza salamlarımı çatdırın”.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ