Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp HƏMAS-ın fəaliyyəti və girovların taleyi ilə bağlı sensasion açıqlama verib. O bildirib ki, təşkilat həlak olmuş girovların cəsədlərini axtarır və bu proses son dərəcə dəhşətlidir.
“Onlar həlak olmuş girovların cəsədlərini axtarırlar. Bu, dəhşətli bir prosesdir — qazıntılar aparır, çoxlu cəsəd tapırlar. Bəziləri dağıntıların altında, bəziləri isə dərin yeraltı tunellərdədir. Biz – yəni İsrail – onların nə etdiklərinin böyük hissəsini bilirdik”, – deyə Tramp qeyd edib.
ABŞ lideri bildirib ki, HƏMAS təxminən 70 min insanın ölümünə səbəb olub. Onun sözlərinə görə, təşkilat silahı təhvil verməyə razılaşıb, lakin əks halda ABŞ və İsrail birgə şəkildə bu məqsədə özləri nail olacaqlar:
“Biz onların silahı təhvil verməsini istəyirik və onlar bunu etməyə razılaşıblar. Əgər etməsələr, bunu biz özümüz edəcəyik”, – Tramp əlavə edib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ