İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə 21 illik prosesə nöqtə qoyur – Ərdoğandan SENSASİON açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük perspektivi ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində Avropanın Türkiyəni Aİ-yə qəbul etmək niyyətində olmadığının göründüyünü bildirib.

“Görünür, Avropa Türkiyəni Avropa İttifaqına qəbul etmək niyyətində deyil. Aİ-yə daxil olmaq bizim prioritetimiz deyil. Türkiyənin ona qoşulmamasından zərər görən tərəf məhz Avropadır”, - Ərdoğan deyib.

Bu açıqlama Türkiyənin 2005-ci ildən davam edən Aİ-yə üzvlük danışıqlarının gələcəyi baxımından xüsusi diqqət çəkir. Ankara ilə rəsmi üzvlük danışıqları 2005-ci ildə başlasa da, proses uzun müddətdir faktiki olaraq dalana dirənib. 

Ərdoğan son illərdə də Avropa İttifaqının Türkiyəyə münasibətini dəfələrlə tənqid edib. 2026-cı ilin mayında Türkiyə lideri ölkəsinin layiqli yer almadığı Avropa arxitekturasının natamam qalacağını və böhranların idarə edilməsində zəiflik yaşayacağını bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR