İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə atışma olub, iki nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyənin Şanlıurfa vilayətində iki qrup arasında atışma olub, dörd nəfər güllə yarası alıb.

"Report"un məlumatına görə, hadisə Haliliye rayonunda qeydə alınıb.

Belə ki, iki qrup arasındakı mübahisə böyüyüb və silahlı qarşıdurmaya çevrilib. Güllə yarası alan dörd nəfərdən biri hadisə yerində həlak olub, digər üçü isə xəstəxanaya çatdırılıb. Yaralılardan biri də xəstəxanada keçinib.

Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR