İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin baş məşqçisi: Növbəti oyunda daha yaxşısını edəcəyik

Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya 2:0 hesabı ilə uduzandan sonra məğlub komandanın baş məşqçisi Vinçentso Montella açıqlama verib.

"Report" xəbər verir ki, Montella oyunun gözlənildiyindən fərqli keçmədiyini bildirib.

"Oyun taktiki olaraq gözlədiyimizdən fərqli keçməyib", - o bildirib və əlavə edib ki, rəqib əks-hücumlardan yaxşı yararlanıb:

"İki qol buraxdıq, çox üzgünük. Komanda ruhunu meydana əks etdirdik, ürəklə oynadıq. Buna davam etsək, istədiyimiz nəticələri almağa başlayarıq.

Növbəti oyunda daha yaxşısını edəcəyik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR