İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın bərpası üçün bu qədər vəsait tələb olunur - Zelenski AÇIQLADI

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşdən bir neçə saat əvvəl ölkəsinin müharibədən sonrakı bərpası ilə bağlı mühüm açıqlama verib.

Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın tammiqyaslı bərpası üçün 700–800 milyard dollar həcmində vəsaitə ehtiyac var. O bildirib ki, Kiyev bu istiqamətdə Vaşinqtonla sıx əməkdaşlıq edir və tərəflər “Ukraynanın rifah yol xəritəsi” üzərində birgə işləyirlər.

Ukrayna lideri vurğulayıb ki, söhbət təkcə dağıdılmış infrastrukturun bərpasından deyil, eyni zamanda ölkənin uzunmüddətli iqtisadi dayanıqlığının və inkişaf perspektivlərinin təmin edilməsindən gedir. ABŞ-la aparılan məsləhətləşmələr məhz bu strateji məqsədlərə xidmət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR