Onlayn ictimai-siyasi qəzet
Dekabr ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Venesuela sahillərində narkotik qaçaqmalçılığı ilə məşğul olan bir limana zərbə endirib.
Musavat.com xəbər verir ki, məlumatı CNN mənbələrə istinadən yayıb. Daha əvvəl ABŞ prezidenti Donald Tramp Venesueladan narkotik qaçaqmalçılığı ilə məşğul olan bir əraziyə zərbə endirildiyini təsdiqləyib, lakin hücuma məruz qalan obyektin yerini dəqiqləşdirməyib.
CNN-in mənbələrinə görə, MKİ Venesuela sahillərindəki ucqar bir limana pilotsuz təyyarə ilə zərbə endirib. Hücum zamanı ərazidə heç kim olmayıb və lövbər salmış gəmilər və limanın özü məhv edilib. ABŞ Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) agentliyə kəşfiyyat məlumatlarının əldə edilməsində kömək edib.
Kanalın qeyd etdiyi kimi, zərbə "əsasən simvolik xarakter daşıyırdı", lakin Venesueladakı bir obyektə hücum faktının özü "ABŞ ilə Venesuela prezidenti Nikolas Maduro arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər".
Dekabrın 26-da Tramp WABC radiosuna verdiyi müsahibədə bildirib ki, iki gün əvvəl ABŞ narkotik qaçaqmalçılığında istifadə edilən "böyük bir zavod və ya obyekt"ə zərbə endirib.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ