Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verilib.
Musavat.com Manset.az-a istinadən xəbər verir ki, AAYDA-nın yeni təyin olunan sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Hüsnü Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Hüsnü Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib.
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ