İnsanlara hürriyət, millətlərə istiqlal!

“World of Tanks” oynadığı üçün işdən çıxarılan iqtisadçı məhkəmədə qalib gəldi

Musavat.com xəbər verir ki, Rusiyanın Çerepovets şəhərində faner-mebel kombinatında çalışan iqtisadçı iş vaxtı “World of Tanks” oynadığı iddiası ilə işdən çıxarılıb, lakin məhkəmə onun xeyrinə qərar verib.

Məlumata görə, işçi 20 illik əmək fəaliyyətinə baxmayaraq, rəhbərlik tərəfindən iki dəfə “korporativ şəbəkədən şəxsi məqsədlərlə istifadə” səbəbi ilə töhmət alıb və daha sonra işdən azad edilib.

Lakin məhkəmə araşdırması zamanı məlum olub ki, əməkdaş oyunu yalnız fasilələrdə oynayıb və bunun üçün müəssisənin deyil, şəxsi internetindən istifadə edib. Həmçinin əmək müqaviləsində kompüter oyunlarının qadağan edilməsi barədə heç bir maddə olmayıb. Üstəlik, işdən çıxarılma sənədlərinin geriyə tarixlə rəsmiləşdirildiyi üzə çıxıb.

Nəticədə məhkəmə iqtisadçının işə bərpası barədə qərar verib və müəssisəyə onun xeyrinə 580 min rubl (12 540 AZN) məbləğində mənəvi təzminat və məcburi işsizlik dövrünə görə ödəniş etməyi öhdəlik kimi qoyub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR