İnsanlara hürriyət, millətlərə istiqlal!

Yapon alimlərdən insan ritminə müdaxilə edən inqilabi YENİLİK

Yaponiyanın Kanadzava Universitetinin tədqiqatçıları orqanizmin bioloji ritmlərinə birbaşa təsir göstərən yeni preparat hazırlayıblar.

Musavat.com xəbər verir ki, alimlərin sözlərinə görə, Mic–628 adlı bu dərman saat qurşaqlarının dəyişməsi nəticəsində yaranan jetlaq probleminin aradan qaldırılmasında yeni mərhələnin əsasını qoya bilər.

Araşdırmalar göstərir ki, preparat Per1 genini aktivləşdirərək orqanizmdə sirkadiyal ritmlərin – yəni yuxu, oyanıqlıq və hormonal balansın tənzimlənməsinə cavabdeh mexanizmlərə təsir edir. Siçanlar üzərində aparılan eksperimentlərdə Mic–628-in tək bir dozası yeni vaxt rejiminə uyğunlaşma müddətini 7 gündən 4 günə endirib.

Hesablamalara görə, bu dərman gələcəkdə tez-tez uzunməsafəli uçuşlar edən şəxslər, eləcə də növbəli iş qrafiki ilə çalışan insanlar üçün xüsusi əhəmiyyət daşıya bilər.

Preparatın heyvanlar üzərində sınaqları başa çatdıqdan sonra onun “ağıllı dərman” kimi insanlar üzərində klinik mərhələyə keçməsi gözlənilir.

Qeyd olunur ki, tədqiqatlar davam edir və alimlər bioloji saatın məqsədli şəkildə tənzimlənməsinin insan sağlamlığına uzunmüddətli təsirlərini də araşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR