İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə ABŞ-ın 50 minlik hərbi qüvvəsi cəmləşib – CENTCOM

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı zərbələr dalğasını tamamlayıb.

Musavat.com xəbər verir ki, CENTCOM-un X hesabında yerləşdirilən məlumata əsasən hücum təxminən beş saat davam edib:

“Beş saatlıq missiya zamanı ABŞ qüvvələri İran daxilindəki hərbi hədəflərə uğurla zərbələr endirib".

Bildirilir ki, zərbələr Buşehr, Cask, Konarak, Bəndər Abbas, Çabahar şəhərləri və Əbu Musa adasına endirilib.

CENTCOM həmçinin hazırda Yaxın Şərqdə yerləşdirilən Amerika qoşunlarının sayının 50.000-i keçdiyini elan edib: "Hazırda Yaxın Şərqdə 50 mindən çox Amerika əsgəri yerləşdirilib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR