İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaxşı saç düzümün var..."- Lavrov Ukraynadakı müharibənin bitməsi sualını zarafata saldı

Manilada keçirilən rəsmi görüşlər zamanı Rusiya və ABŞ rəsmiləri arasında Ukrayna böhranı müzakirə olunarkən gözlənilməz və maraqlı anlar yaşanıb.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə görüşü zamanı jurnalistin Ukraynadakı müharibənin başa çatması ilə bağlı verdiyi birbaşa sualdan yayınıb.

RFE/RL nəşrinin müxbiri nazirə münaqişənin həlli yolları barədə sual ünvanlasa da, Rusiya XİN rəhbəri mövzuya toxunmaq əvəzinə jurnalistin görünüşünə diqqət çəkib.

Lavrov suala cavab verməkdən imtina edərək sadəcə, "Yaxşı saç düzümünüz var", - deyə müxbirin saçını tərifləməklə kifayətlənib və bununla da Ukrayna ilə bağlı strateji sualdan ustalıqla qaçıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR