Onlayn ictimai-siyasi qəzet
Yunanıstan parlamenti ölkədə 13 saatlıq iş gününə icazə verən qanun layihəsini qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə "Mesogeios TV" telekanalı məlumat yayıb.
Yeni qanuna əsasən, bəzi sahələrdə işçilər gün ərzində iki fərqli iş yerində ümumilikdə 13 saata qədər işləyə biləcəklər.
Qanunun qəbul edilməsi ölkə həmkarlar ittifaqlarında kəskin narazılıq yaradıb. İttifaqlar bildiriblər ki, bu qərar “müasir işçini hüquqsuz və həyat keyfiyyətindən məhrum edilmiş bir əmək vasitəsinə çevirir”, həm də klassik 8 saatlıq iş günü prinsipini faktiki olaraq ləğv edir.
Sosial qruplar və əmək təşkilatları hökumətin bu addımını “əmək hüquqlarına zərbə” adlandırıb və kütləvi etiraz aksiyalarına hazırlaşdıqlarını açıqlayıblar.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ