İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Çinin Ukrayna müharibəsinin bitməsində maraqlı olduğunu görmürəm”

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Çinlə bağlı mövqeyini kəskin şəkildə ifadə edib.

O bildirib ki, Pekinin müharibənin dayanmasını istəməməsi Ukraynanın vəziyyətini çətinləşdirir.

Prezident deyib:

“Çünki bu gün Çin üçün zəif və uduzmuş Rusiya sərfəli deyil. Və bunun ucbatından Ukrayna xalqı əziyyət çəkir. Əgər Çinə Rusiyanın dayanması sərf etmirsə, bu o deməkdir ki, müharibə davam edəcək”.

Zelenski vurğulayıb ki, bu mövqe Pekinin birbaşa hərbi yardım göstərməsi anlamına gəlmir, lakin Çin müharibənin dayanmasını dəstəkləmir.

O həmçinin bildirib ki, Çinin Rusiyaya birbaşa silah göndərməsi barədə kəşfiyyatdan heç bir məlumat almayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR