İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Yunanıstana kritik səfər: "Patriot" və "Mirage 2000-5" sistemləri alacaq

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Yunanıstana rəsmi səfər edəcək. Bu məlumatı Kathimerini qəzeti yayıb. Təhlükəsizlik səbəblərinə görə səfərin tam proqramı açıqlanmır.

Məlum olanlara görə, Zelenskinin ilk görüşü Yunanıstan prezidenti Kostantinos Tasulas ilə olacaq. Daha sonra o, baş nazir Kiriakos Mitsotakis, ardınca isə Parlamentin spikeri Nikitас Kaklamanis ilə görüşəcək.

Bu, Zelenskinin genişmiqyaslı müharibə başlayandan sonra Yunanıstana ikinci səfəri olacaq. Onun ilk səfəri 2023-cü ilin yayında baş tutmuşdu.

Səfərin əsas mövzusu: silah tədarükü

Yunanıstanın Pronews nəşri yazır ki, Zelenski səfər zamanı rəsmi Afinadan Ukraynaya əlavə silah göndərilməsini istəyəcək. Ukrayna tərəfi xüsusilə aşağıdakı sistemləri tələb etməyə hazırlaşır:

• iki batareya Patriot zenit-raket kompleksi
• Mirage 2000-5 Mk2 qırıcıları — əgər Yunanıstan Rafale F.3 təyyarələrinin əlavə partiyasını almağa qərar verərsə.

Məlumata görə, Fransa ilə 12 ədəd Rafale F.3 alınması barədə danışıqlar gedir.

Bundan başqa, Zelenski Yunanıstandan “standart paket” adlandırılan əlavə silah və sursat dəstəyi də istəyəcək.

Daha əvvəl Qərb mediası ABŞ-ın Yunanıstana təzyiq göstərərək, Patriot batareyasının birini Ukraynaya verməyə çağırdığını yazmışdı. Lakin rəsmi Afina bu tələbi qəti şəkildə rədd etmişdi.

Zelenskinin yeni səfərinin bu mövzuda hansı dəyişiklik yaradacağı maraq doğurur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR