Onlayn ictimai-siyasi qəzet
Bəstəkar-müğənni Pərviz Mahmudov qonaq olduğu “Gün ortası” verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Musavat.com bildirir ki, o, aparıcı Zümrüd Bədəlovanın “Özünü hitmaker kimi görürsən?” sualına belə cavab verib:
“Hitmaker mahnı hazırlayan adamdır. Mən qəlbdən gələnləri yazıram. Kimsə özünü hitmaker adlandırırsa, buna nəsə deyə bilmərəm”.
Aparıcının bu sözlər qarşısında verdiyi kinayəli reaksiya isə diqqətdən yayınmayıb.
Sosial şəbəkə istifadəçiləri Pərviz Mahmudovun açıqlamasını və Zümrüd Bədəlovanın reaksiyasını müğənni-bəstəkar Murad Arifə atmaca kimi qiymətləndiriblər. Belə ki, uzun illərdir Murad Arif Azərbaycan mediasında “Hitmaker” kimi təqdim olunur.
Könül
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ