İnsanlara hürriyət, millətlərə istiqlal!

“10 ay metrodan istifadə edə bilməyəcəyik, bir də pul ödəyək?” – Bakı sakinlərindən ETİRAZ

Məlum olduğu kimi, Bakı metrosunda “Nizami”–“28 May” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən 10–11 ay müddətinə dayandırılır. Bu məsələ paytaxt sakinləri arasında geniş müzakirə mövzusuna çevrilib.

Qeyd olunur ki, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçiriləcək tikinti işləri paytaxt sakinlərinin gündəlik həyatında ciddi dəyişikliklər yaradacaq. Xüsusilə hər gün metrodan istifadə edən sərnişinlərin alternativ nəqliyyat vasitələrinə keçməsi həm vaxt itkisinə, həm də əlavə maliyyə yükünə səbəb olacaq. Digər tərəfdən, sərnişin axınının digər metro stansiyalarına və avtobus marşrutlarına yönəlməsi nəqliyyatda sıxlığın artmasına da gətirib çıxara bilər.

Bəs Bakı sakinləri bu dəyişiklik barədə nə düşünür? Metroda hərəkətin 10–11 ay müddətinə dayandırılması onların gündəlik həyatına, işə, dərsə və digər ünvanlara gediş-gəlişinə necə təsir edəcək?

Mövzu ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinləri arasında sorğu keçirib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazlı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR