Onlayn ictimai-siyasi qəzet
Londonda dünyanın ən nadir superkarlarından biri – Ferrari Monza SP2 polis tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Hadisənin ən maraqlı tərəfi isə avtomobili evakuator deyil, polis əməkdaşının özünün idarə etməsi olub.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Metropolitan Polisi Ferrari-nin sürücüsünün yalnız müvəqqəti sürücülük vəsiqəsinə malik olduğunu və avtomobil üçün tələb olunan sığortanın olmadığını bildirib. Superkar Böyük Britaniyaya cəmi bir gün əvvəl gətirilmişdi və sürücü sükan arxasında yarım saatdan da az vaxt keçirdikdən sonra polis tərəfindən saxlanılıb.
Polis avtomobili evakuatora yükləmək əvəzinə onu idarə edərək cərimə meydançasına aparıb. Gün eynəyi taxmış polis əməkdaşının 3,7 milyon funt sterlinq (təxminən 8,5 milyon manat) dəyərində Ferrari-ni London küçələrində polis maşınlarının müşayiəti ilə sürməsi diqqət çəkib. Hətta boş evakuator da avtomobilin arxasınca hərəkət edib.
Söhbət adi Ferrari-dən getmir. Monza SP2 cəmi 499 ədəd buraxılmış son dərəcə nadir kolleksiya avtomobillərindən biridir. Ferrari bu modeli özünün xüsusi məhdud seriyalı “Icona” xəttinin ilk avtomobillərindən biri kimi təqdim edib. Model 6,5 litrlik atmosfer V12 mühərriki ilə təchiz olunub və təxminən 800 at gücünə malikdir.
Ferrari həmin günlərdə London polisinin 7–9 avqust tarixlərində keçirdiyi genişmiqyaslı əməliyyat zamanı saxladığı çoxsaylı bahalı avtomobillərdən biri olub. Hyde Park, Kensington və Chelsea ərazilərində keçirilən əməliyyat nəticəsində ümumi dəyəri 8 milyon funtdan (təxminən 18,4 milyon manat) çox olan 90 avtomobil müsadirə edilib. Bu, həmin əməliyyatların beşillik tarixində həm avtomobillərin sayı, həm də ümumi dəyəri baxımından rekord göstərici olub.
Beləliklə, milyonlarla funtluq Ferrari-ni idarə etmək imkanı bu dəfə onun sahibinə deyil, avtomobili cərimə meydançasına aparmalı olan polis əməkdaşına qismət olub.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ