Onlayn ictimai-siyasi qəzet
Ötən gecə ABŞ ordusu İrana qarşı bir həftədir dayandırılan hava zərbələrini bərpa edib.
Musavat.com ABŞ Mərkəzi Komandanlığının X hesabında yerləşdirilən məlumata istinadən xəbər verir ki, “ABŞ qüvvələrinə raket hücumu cəhdinə cavab olaraq” İrana böyük bir zərbə dalğası endirilib.
Komandanın məlumatına görə, ABŞ qüvvələri İrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun onlarla hədəfinə, o cümlədən "hərbi komandanlıq məntəqələrinə, raket və pilotsuz təyyarə sahələrinə, sahil müşahidə və müdafiə obyektlərinə və dəniz aktivlərinə" zərbə endirib.
İranın dövlət televiziyası isə ABŞ qüvvələrinin İranın cənub-qərbindəki Abadan şəhərinə, Bəndər Abbas limanına və Hörmüz boğazındakı üç adaya raket zərbələri endirdiyinə dair məlumat yayıb. Bildirilir ki, xüsusilə, Hörmüz boğazında yerləşən Əbu Musa, Kiş və Qeşm adaları hədəf alınıb.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ