Onlayn ictimai-siyasi qəzet
Venesuela prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampla dialoqa açıq olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, bunu Venesuela dövlət televiziyasında çıxışında açıqlayıb:
"ABŞ-da Venesuela ilə danışmaq istəyən hər kəs heç bir problem olmadan üz-üzə danışacaq".
Maduro əlavə edib ki, yalnız diplomatiya azad ölkələrə və hökumətlərə bir-birini başa düşməyə və yalnız dialoq onlara qarşılıqlı maraq doğuran məsələlərdə ortaq məxrəc tapmağa imkan verəcək.
CNN qeyd edir ki, Karib dənizində hərbi mövcudluğun artması fonunda Tramp Maduro ilə müəyyən bir vaxtda danışmağa hazır olduğunu bildirərək potensial diplomatik yol gördüyünə işarə edib.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ