İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusuna Venesuela neftini 2 ay müddətinə karantinə almaq tapşırılıb

Ağ Ev ABŞ ordusuna ən azı növbəti iki ay ərzində Venesuela neftini "karantinə" (blokada) almağı tapşırıb.

Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi Ağ Ev rəsmisinə istinadən yayıb: "Hərbi variantlar qalsa da, əsas diqqət Ağ Evin ümid etdiyi nəticəyə çatmaq üçün sanksiyalar vasitəsilə iqtisadi təzyiqə yönəldilməlidir".

Reuters qeyd edir ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın dəfələrlə bəyan etdiyi ABŞ-ın Venesuelaya quru zərbələri endirmə ehtimalını azalda bilər.

Rəsmi şəxs əlavə edib ki, Ağ Evin sərəncamı ABŞ qüvvələrinə demək olar ki, yalnız "ən azı növbəti iki ay ərzində Venesuela neftinin karantinə alınmasına" diqqət yetirməyi tapşırır: "İndiyə qədər həyata keçirilən səylər Nikolas Maduro üzərində böyük təzyiq yaradıb və Venesuelanın ABŞ-a əhəmiyyətli güzəştlər etməyə razı olmadığı təqdirdə yanvar ayının sonuna qədər iqtisadi fəlakətlə üzləşəcəyi barədə fikir var".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR