İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatoru: Trampın etdiyi hərbi cinayətdir

ABŞ-da İran müharibəsi ilə bağlı daxili tənqidlər güclənir.

Musavat.com xəbər verir ki, ABŞ senatoru Ed Marki prezident Donald Trampın çıxışlarını sərt tənqid edib.

Senator bildirib ki, Tramp 20 dəqiqə ərzində Amerika ictimaiyyətinə yanlış məlumat verib və mülki infrastruktura qarşı hərbi cinayətlər törətməklə hədələyib.

Markinin sözlərinə görə, Tramp administrasiyası apardığı müharibəni əsaslandırmağa çalışır və bunu ABŞ vətəndaşlarının həm maliyyəsi, həm də xaricdəki insan həyatı bahasına edir.

O əlavə edib ki, ölkədə enerji xərcləri artıq yüksəkdir və Trampın siyasəti nəticəsində bu yük daha da artır:
“Elektrik xərcləri çox yüksəkdir və Tramp sayəsində daha da artır. Biz buna dözməməliyik”.

Qeyd edək ki, Ed Marki Massaçusets ştatını təmsil edən demokrat senatorudur. O, ABŞ Senatında daha çox liberal mövqeyi, iqlim siyasəti, sosial rifah və müharibə əleyhinə çıxışları ilə tanınır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR