İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ tarixində ən uzunmüddətli şətdaun başa çatdı

ABŞ Nümayəndələr Palatası federal hökumətin 30 yanvar 2026-cı ilə qədər maliyyələşdirilməsini nəzərdə tutan, bir gün əvvəl Senat tərəfindən qəbul edilən qanun layihəsini dəstəkləyib.

Musavat.com xəbər verir ki, 222 qanunverici qanun layihəsinin lehinə, 209-u isə əleyhinə səs verib. Səsvermədən dərhal sonra sənəd imzalanması üçün ABŞ prezidenti Donald Trampa təqdim olunub və imzalanıb.

Beləliklə, ABŞ tarixində ən uzun şətdaun başa çatıb. Qanun layihəsi yanvar ayının sonuna qədər hökumət əməliyyatları üçün maliyyələşdirmə ayırmaqla yanaşı, bütün 2026 maliyyə ili üçün Kənd Təsərrüfatı Nazirliyi, veteranlar üçün və ABŞ hərbi sənaye proqramlarının həyata keçirilməsi üçün vəsait ayırır.

Razılaşmaya əsasən həmçinin Vaşinqton administrasiyası dövlət işçilərinin işdən çıxarılması ilə bağlı bəzi qərarlarını ləğv edir, dekabrın ortalarına qədər tibbi sığorta ilə bağlı tədbirlər üzrə səsvermənin keçirilməsini təmin edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR