Onlayn ictimai-siyasi qəzet
ABŞ Karib dənizində əlavə qoşunlar toplayıb və bölgəyə çoxlu sayda xüsusi əməliyyat təyyarəsi yerləşdirib.
Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) qəzeti adları çəkilməyən ABŞ administrasiyası rəsmiləri və uçuş məlumatlarının təhlilinə istinadən yayıb.
Bildirilir ki, regiona xüsusi əməliyyatlarda istifadə edilən ən azı 10 Osprey tiltrotor təyyarəsi, eləcə də 100-dən çox şəxsi heyət daşıya bilən C-17 hərbi nəqliyyat təyyarəsi yerləşdirilib.
ABŞ rəsmiləri nəşrə sözügedən təyyarələrin qoşun və hərbi texnika daşıdığını təsdiqləyiblər, lakin onların sayı və yerləşdirilən qoşunların növü açıqlanmayıb.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı mübarizəni kifayət qədər aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, nüvə sualtı qayığı və 16 mindən çox hərbçi göndərib. Sentyabr ayından bəri ABŞ qüvvələri regionda ən azı 20 qayığı batırıb və 80-dən çox insanın ölümünə səbəb olub. Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə Venesueladakı narkotik kartel hədəflərinə zərbə endirməyə başlaya biləcəyi barədə məlumat yayıb.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ