İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə biznesi: Kostin VTB-yə yaxın qohumlarını yığıbmış

Rusiyanın məşhur bankı olan VTB-nin baş direktoru Andrey Kostin bankda işlədiyi illərdə səkkiz qohumuna bankda vəzifə verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və onların ailələri də müxtəlif vaxtlarda bankda işləyiblər.

Kostinin bankda vəzifə tutan yaxın qohumları arasında onun nikahdankənar həyat yoldaşı Nailə Əsgərzadə və kiçik bacısı İnara da olub. Kostinin böyük oğlunun həyat yoldaşı Marina Kostina (qızlıq soyadı Yatsenko), onun atası Vladimir Yatsenko və kürəkəni Andrey Serebryakov da VTB-də çalışıblar. Bundan əlavə, bankın işçi siyahısında VTB-nin baş direktoru Sergey Kostinin qardaşı oğlu, onun həyat yoldaşı Olqa Bavıkina (Zabotkina) və qadının keçmiş əri Aleksey Zabotkin də yer alıb.

“Proyekt” nəşrinin araşdırmasına görə, yüksək vəzifəli hüquq-mühafizə orqanlarının əməkdaşlarının qohumları da müxtəlif vaxtlarda VTB-də işləyiblər. Onların arasında FTX generalı Sergey Besedanın həyat yoldaşı, Xarici Kəşfiyyat Xidməti rəhbərinin qardaşı oğlu Artyom Narışkin, keçmiş baş nazir Sergey Stepaşinin həyat yoldaşı Tamara və təqaüddə olan FTX general-polkovniki Sergey Şişin var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR