Onlayn ictimai-siyasi qəzet
Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhəri yaxınlığındakı qəsəbədə baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.
Bu barədə AFP polisə istinadən məlumat yayıb.
Bildirilib ki, naməlum hücumçular şəhərdən 40 kilometr cənub-qərbdə yerləşən Bekkersdalda atəş açıblar.
Hücum edənlərin küçədəki insanlara qarşı ayrı-seçkilik etmədən atəş açdıqları bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır./Yeni Sabah
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ