Onlayn ictimai-siyasi qəzet
Ukrayna mediasının yazdığına görə, ölkədə hər kəs balaca bir qızcığazın səmimi və təsirli misralarından danışır.
Musavat.com xəbər verir ki, cəmi 5 yaşı olan uşaq müharibəyə qarşı yazdığı şeirlərlə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Məlumata görə, balaca qızcığaz yazdığı şeirləri cəbhədə xidmət edən babasına həsr edib. Onun misralarında müharibənin gətirdiyi ağrı-acı, sülh arzusu və uşaqlara xas saf duyğular açıq şəkildə ifadə olunub.
Qeyd edək ki, Ukraynada davam edən müharibə minlərlə uşağın həyatına birbaşa təsir göstərir və bu cür hekayələr cəmiyyətdə sülh çağırışlarını daha da gücləndirir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ