Onlayn ictimai-siyasi qəzet
İşğal olunmuş ərazilərin minalanması hər zaman prioritet olub. Ermənistan hətta dəqiqliyi cəmi 25 faiz olan mina xəritələrini dərhal verməmişdi.
Musavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir vurğulayıb ki, 2026-cı ildə mina mövzusu ilə bağlı Ermənistana təzyiq davam etdiriləcək:
“Ermənistan iddia edir ki, əlində olan xəritələri verib. Minalarla bağlı vəziyyət mürəkkəbdir. ANAMA intensiv iş aparır. Məsələ təkcə keçmiş təmas xətti deyil, 2022-ci ildən 2023-cü ilə qədər də minaların basdırılması prosesi davam edib.
Minaların təmizlənməsi uzun zaman tələb edir, qısa zamanda başa çatması mümkün görünmür.
İnsanlara bir daha çağırış etmək istəyirəm ki, mina təhlükəsi olan ərazilərə gedərək həyatlarını riskə atmasınlar”.
Nigar HƏSƏNLİ,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ