Onlayn ictimai-siyasi qəzet
Avropa-Azərbaycan əlaqləri barədə danışarkən müxtəlif təsisatlar mövcuddur. Bəzi təşkilatlar neqativ gündəlik formalaşdırır.
Musavat.com-un əməkdaşı xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, əvvəlki illərdə bu cür münasibət mənfi effekt verib: “2025-ci ildə bir sıra Avropa təsisatları Azərbaycanla əməkdaşlıqda daha sıx əməkdaşlıqda maraqlı olduğunu göstəriblər. Açıq əməkdaşlığa maraq olduğu müddətdə Azərbaycan qarşılıq verəcək. Ölkəmizin lider rolunu nəzərə alaraq, Azərbaycanla əməkdaşlıq Aİ-nin öz marağındadır. Avropa Parlamentinin kampaniya xarakterli fəaliyyətini ədalətsiz hesab edirik. Heç bir real faktlara əsaslanmayan ittihamlar kimi qəbul edirik. İzahat verməyi vacib etmirik çünki qərəz aydın sezilir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ