Onlayn ictimai-siyasi qəzet
Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi azaltmır, sağlamlığa da müsbət təsir edir.
Onlarla ölkədən toplanan məlumatların təhlili göstərib ki, insanların daha uzun saatlar işlədiyi yerlərdə piylənmə səviyyəsi də daha yüksək olur. Alimlər bunu xroniki stress, idmana vaxt qalmaması və "qaça-qaça" qidalanma vərdişi ilə izah edirlər.
Tədqiqatın müəlliflərinə görə, daha sərbəst qrafik insanlara daha yaxşı yatmağa, daha çox hərəkət etməyə və qidalanmaya daha diqqətli yanaşmağa kömək edir. (Axşam.az)
19 Iyul 2026
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ