İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokrat qubernatorlar hərəkətə keçdilər

ABŞ-ın demokrat qubernatorları Donald Trampı ölkədə "seçkiləri pozmağa" cəhd etməkdə ittiham ediblər.

Musavat.com-un CNN-ə istinadən məlumatına görə, qubernatorlar Demokrat Qubernatorlar Assosiasiyasının saytında dərc olunmuş açıqlamada bildiriblər ki, "Prezident Trampın azad və ədalətli seçkiləri pozmağa davam etməsi dərin narahatlıq doğurur”.

Onlar vurğulayırlar ki, "Tramp administrasiyasına qarşı çıxmağa və hər bir amerikalı vətəndaşın konstitusiya səsvermə hüququna qarşı hər hansı qanunsuz hücumları dayandırmağa hazırdırlar".

Demokratlar ölkədəki seçkilərin dəfələrlə öz təhlükəsizliyini sübut etdiyini bildirirlər: "Bu hücumlar qorxutmaq və seçiciləri sıxışdırmaq məqsədi daşıyır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR