Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, amerikalı jurnalist və keçmiş Fox News aparıcısı Taker Karlson ABŞ dollarının gələcək taleyi ilə bağlı kəskin iddialar səsləndirib. O, Wall Street Journal-a müsahibəsində bildirib ki, “müharibədən sonrakı dünya düzəni çökür” və insanların onilliklərdir etibar etdiyi maliyyə institutları əvvəlki kimi güvən yaratmır.
Karlsonun sözlərinə görə, ABŞ dolları “ölümə məhkumdur”, mərkəzi bankların fəaliyyəti isə “fırıldaq mexanizmini” xatırladır. Jurnalist bu fikirləri səsləndirməklə yanaşı, qızıl və digər qiymətli metalların ticarəti ilə məşğul olacaq yeni şirkət yaratdığını da açıqlayıb.
Onun iddiasına görə, gələcəkdə ən etibarlı sərmayə məhz fiziki metallar olacaq:
“Qızıl və digər qiymətli metallar daha inamlı sərmayə vasitələridir. İnvestorlar çox tezliklə məhz bu istiqamətə üz tutacaq.”
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ