İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaya təriflənən görünməz F-35 külə döndü – ABŞ-nin hərbi imici yerə çırpıldı - Video

ABŞ ordusunun ən müasir döyüş təyyarələrindən biri hesab edilən F-35 qırıcısının qəzaya uğraması dünya mediasının diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, ABŞ Dəniz Piyada Qüvvələrinə məxsus F-35B Lightning II qırıcısı Kaliforniya ştatındakı Miramar hərbi aviabazası yaxınlığında qəzaya uğrayaraq yanıb. Pilot katapult edərək xilas olub və həyatı üçün təhlükə olmadığı bildirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

F-35 ABŞ-ın beşinci nəsil görünməz döyüş təyyarəsi hesab olunur. Radar görünməzliyi, yüksək dəqiqlikli zərbə imkanları, qabaqcıl sensor və məlumat mübadiləsi sistemləri ilə seçilən bu qırıcı dünyanın ən müasir hərbi aviasiya platformalarından biri sayılır. Layihə ABŞ tarixinin ən bahalı silah proqramlarından biridir və bu təyyarələr NATO ölkələri də daxil olmaqla bir çox dövlətin silahlanmasında mühüm yer tutur.

Məhz buna görə F-35-in qəzaya uğraması təkcə maddi itki deyil, həm də ABŞ-nin hərbi texnologiyalar sahəsində formalaşdırdığı imicə ciddi zərbədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR