İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst konqresmen qalmaqalı: “Çılpaq fotoları mənə Mask göstərib!”

Musavat.com xəbər verir ki, ABŞ-ın ermənipərəst demokrat konqresmeni Bred Şerman yenidən qalmaqalla gündəmə gəlib. Siyasətçi aviauçuş zamanı X sosial şəbəkəsində açıq-saçıq fotolara baxarkən kameralara tuş gəlib.

Hadisədən sonra Şermanın nümayəndəsi New York Post-a açıqlama verərək, baş verənləri izah etməyə çalışıb və İlon Maskı ittiham edib.

“Alqoritmləri Mask korlayıb”

Nümayəndənin sözlərinə görə, konqresmen görüntüləri qəsdən açmayıb: “Bu fotoları o xüsusi olaraq açmayıb. Mask X platformasının alqoritmlərini pozduğu üçün bu cür şəkillər tövsiyə lentinə düşüb”.

Qeyd edək ki, Bred Şerman ABŞ Konqresində açıq ermənipərəst mövqeyi, Bakı və Ankara əleyhinə sərt bəyanatları ilə tanınır. Son sosial şəbəkə qalmaqalı isə siyasətçinin fəaliyyətinə növbəti dəfə kölgə salıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR