Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan İcevan-Qazax istiqamətində yeni infrastruktur layihələrinin həyata keçiriləcəyini bəyan edib.
Musavat.com KONKRET.az-a istinadən xəbər verir ki, İrəvanda keçirilən “Ermənistan və dünya: risklər və imkanların kəsişməsində” adlı konfransda çıxış edən Paşinyan maraqlı məqamlara toxunub.
O bildirib ki, Ermənistan-Türkiyə sərhədində yerləşən bəzi keçid məntəqələrində körpülərin tikintisinə ehtiyac yaranacaq.

“Yəqin ki, Armavir vilayətindəki ‘Marqara’ sərhəd-keçid məntəqəsində və Şirakdakı ‘Axurik’ keçid məntəqəsində körpülər inşa olunmalıdır”, – deyə Paşinyan vurğulayıb.
O, həmçinin bu ərazilərdə və Naxçıvanla sərhəddə yerləşən Yerasx bölgəsində gömrük və sərhəd terminallarının qurulmasının vacibliyini dilə gətirib. Baş nazir İcevan-Qazax istiqamətində də yeni infrastruktur həllərinin mümkünlüyünü istisna etməyib.
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ