Onlayn ictimai-siyasi qəzet
Portuqaliyalı motosikletçi Jorje Brandan Mərakeş Rallisinin beşinci mərhələsində baş verən qəza nəticəsində həlak olub.
Bu barədə "Mundo Deportivo" nəşri yarışın təşkilatçılarına istinadla məlumat yayıb.
Hadisə trasın 214-cü kilometrində, finişə cəmi iki kilometr qalmış baş verib. İdmançı qum təpəsində yıxılıb və helikopterlə xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yarışın təşkilatçıları idmançının ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Qeyd edək ki, Brandan "Old Friends Rally" komandasını təmsil edirdi./Milli.az/
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ