Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin təminatı və hərbi-sənaye kompleksi obyektlərinə qarşı silsilə dəqiq raket və PUA zərbələri endirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Rusiya tərəfinin bildirdiyinə görə, əməliyyat çərçivəsində aşağıdakı strateji obyektlər hədəfə alınaraq vurulub:
Kiyevdə yerüstü bazalaşan "Flaminqo" qanadlı raketləri üçün komplektləşdirici hissələr istehsal edən "Fire Point" müəssisəsi;
Kiyevdə zərbə PUA-ları, "Xruşç" tutucu dronları və "Harpiya" zenit dronları üçün komponentlər hazırlayan "UKR DEFENCE" şirkəti;
Ukrayna ordusunun ehtiyacları üçün yanacaq-sürtkü materialları istehsal edən Kremençuq neft emalı zavodu (NEZ);
Krivoy Roqda silah və hərbi texnika istehsalı üçün polad prokat hazırlayan metallurgiya kombinatının sexləri;
Odessa dəniz limanında Ukrayna ordusu üçün hərbi əmlak daşıyan quru yük gəmisi;
Dobropolye yaşayış məntəqəsində Ukrayna PUA-larının idarəetmə məntəqəsi.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ