Onlayn ictimai-siyasi qəzet
Gürcüstan hakimiyyəti Saakaşvili dövründə yaradılmış Cənubi Osetiya üzrə müvəqqəti administrasiyanı rəsmi olaraq ləğv etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bəyanat verib.
Onun sözlərinə görə, Gürcüstan uzun illər Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin tanınmaması siyasətini” gücləndirməyə çalışdığı halda, Saakaşviliyə bağlı Milli Hərəkat Partiyasının bu terminologiyanı istifadə etməsi “konstitusiyaya və milli maraqlara xəyanət” kimi qiymətləndirilir.
Papuaşvili deyib:
"Gürcüstanın siyasi və hüquqi məkanında "Cənubi Osetiya" adlı administrativ vahid mövcud deyil. Buna görə də hökumətlə keçirilən məsləhətləşmələrdən sonra, keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış həmin administrasiyanın ləğvi barədə qərar verdik".
Bununla yanaşı, spiker bildirib ki, hökumət həmçinin Avropa İttifaqının 2022-ci ildəki tövsiyəsi ilə yaradılmış Antikorrupsiya Bürosunu da ləğv edəcək.
Qərarlar Gürcüstanda ciddi siyasi müzakirələr və yeni siyasi kursun formalaşması kimi dəyərləndirilir.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ