İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Xəzərlə bağlı AÇIQLAMA: “Qazma işlərinə imkan verməyəcəyik”

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyası dənizin dibi və təkinin delimitasiyası məsələsinə toxunmur.

Musavat.com İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.

Onun sözlərinə görə, bu proses sahilyanı və qarşı-qarşıya yerləşən dövlətlər arasında ayrıca razılaşmalar çərçivəsində həyata keçirilməlidir.

“Konvensiyanın 8-ci maddəsində müəyyən edilir ki, Xəzər dənizinin dibi və təkinin delimitasiyası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və normaları nəzərə alınmaqla sahilyanı dövlətlər arasında razılaşma əsasında həyata keçirilməlidir”, – deyə diplomat vurğulayıb.

Qaribabadi qeyd edib ki, İranın Xəzər dənizinin resurslarına münasibətdə öz dəniz sərhədləri daxilində suverenliyi, suveren hüquqları və yurisdiksiyası dəyişməz olaraq qalır və heç bir şərait bu hüquqları məhdudlaşdıra bilməz.

“İran İslam Respublikası bütün mövcud vasitə və imkanlardan istifadə etməklə bu günə qədər dənizin dibi və təkinə münasibətdə öz zonalarının qorunmasını təmin edir, digər tərəflərin bu sərhədlər daxilində hər hansı qazma işləri aparmasına imkan vermir”, – deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR