İnsanlara hürriyət, millətlərə istiqlal!

“İşçisiz zavod” erası başlayır: dəzgahlar süni intellekt tərəfindən idarə olunur

Çində sənaye istehsalı tamamilə yeni mərhələyə qədəm qoyur. Ölkənin Sinszyan bölgəsində yerləşən iri tekstil müəssisəsi artıq klassik “işçi–zavod” modelindən imtina edib.

Musavat.com xəbər verir ki, sözügedən fabrikdə istehsal prosesi tam avtomatlaşdırılıb və burada insan əməyindən istifadə olunmur. Müəssisədə quraşdırılmış 5 min toxuculuq dəzgahı günün 24 saatı süni intellektə əsaslanan idarəetmə sistemləri və robot mexanizmlər vasitəsilə fasiləsiz fəaliyyət göstərir.

Mütəxəssislərin fikrincə, bu cür “işıqsız zavod” modeli artıq Çində tək-tük nümunə deyil. Avtomatlaşdırmanın genişlənməsi istehsal sürətini artırır, xərcləri kəskin azaldır və məhsulun maya dəyərini aşağı salır. Nəticədə Çin sənayesi getdikcə insan resurslarından asılılığı minimuma endirir. 

Eyni zamanda ABŞ texnoloji inkişafda fərqli istiqamət seçib. Vaşinqton daha çox süni intellektin tibb, biotexnologiya və fundamental elmdə tətbiqinə üstünlük verir. Lakin istehsalat sahəsində texnologiyaların real və kütləvi tətbiqi baxımından Çin lider mövqedə qalır.

Pekin bu xətti davam etdirərsə, qlobal ticarətdə təsir imkanlarını daha da genişləndirəcək. Bu isə tarif siyasətinə və Donald Trampın istehsalı ABŞ ərazisinə qaytarmaq çağırışlarına baxmayaraq, Amerika sənayesi üçün yeni risklər yarada bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR