Onlayn ictimai-siyasi qəzet
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan yeni ittifaq İsraildə ciddi narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, İsrailin kənd təsərrüfatı naziri Avi Dixter bu ittifaqı problemli adlandırıb və Misirin də ona qoşula biləcəyini bildirib.
“Bu birliyə Misir də qoşula bilər. Pakistanın nüvə silahına malik olması İsraildən xüsusi sayıqlıq tələb edir”, – Avi Dixter bildirib.
İsrailli nazir yaranmış vəziyyət fonunda ABŞ ilə strateji ittifaqın daha da gücləndirilməsinin vacibliyini də vurğulayıb.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ